Rusiyanın paytaxtı Moskvadakı restoranda baş verən partlayışda 3 nəfər həyatını itirdi, 21 nəfər yaralandı.
Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada, paytaxt Moskvanın Kudrin Meydanında yerləşən bir kafenin yanında partlayış baş verdiyi bildirildi. Rəsmilər, partlayış nəticəsində 3 nəfərin həyatını itirdiyini, 21 nəfərin isə yaralandığını açıqladı. Hadisə ilə bağlı araşdırma başladılıb.