Fransanın cənub-şərqindəki Var vilayətində yanğınlar səbəbindən 2 min 500 nəfərin təxliyə edildiyi bildirildi.
Fransa mətbuatı, Var vilayətində əvvəlki gün yenidən alovlanan yanğına 1500 yanğınsöndürən, 10 yanğınsöndürmə təyyarəsi və 6 helikopterlə havadan və qurudan müdaxilə edildiyini bildirdi. Yanğın səbəbindən vilayətdə 2 min 500 nəfər təxliyə edildi.
Fransa Daxili İşlər Naziri Laurent Nunez, ölkə üzrə bu il 14 min 320 yanğın çıxdığını və bu yanğınlarda 119 min hektar ərazinin yandığını açıqladı.