Hindistanın Assam əyalətində güclü yağışların səbəb olduğu sellərdə həyatını itirənlərin sayının 82-yə çatdığı bildirildi.
Hindistan mətbuatı Assam Əyaləti Fəlakət İdarəetmə İdarəsinin (ASDMA) əyalətdəki güclü yağış və sellərlə bağlı açıqlama verdiyini bildirdi. Açıqlamada, sellərdə həyatını itirənlərin sayının 82-yə çatdığı qeyd edildi. Assam Əyaləti Baş naziri Himanta Biswa Sarma isə fəlakət qurbanlarından bəzilərinin evlərinə dönməyə başladığını bildirərək, hökumətin təcili yardım və təzminat ödənişləri, dolanışıq mənbələrinin yenidən qurulması, məktəblərin təmiri və zərər görmüş infrastrukturun yenidən inşası üçün işlərini davam etdirdiyini qeyd etdi.