Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin istefasını elan etdi.
Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında etdiyi paylaşımda, yeni seçilmiş parlamentin ilk iclası günündə konstitusiya tələbinə uyğun olaraq hökumətin istefasını elan etdi. İstefaya dair fərmanın Ermənistan Prezidenti Vahagn Xaçatryan tərəfindən imzalandığı bildirildi. Bu prosesdə mövcud hökumət üzvlərinin yeni kabinet formalaşana qədər vəzifələrini icra etməyə davam edəcəyi qeyd olundu.