Cənubi Koreyanın Yangsan şəhərində son 122 ilin ən yüksək temperaturu qeydə alınıb.
Cənubi Koreya Meteorologiya İdarəsindən (KMA) verilən açıqlamada, ölkənin cənub-şərqindəki Yangsan şəhərində günorta saatlarında 40,9 dərəcə ölçülən hava temperaturunun gün ərzində 42 dərəcəni keçdiyi, bunun qeydlərin aparılmağa başlandığı 1904-cü ildən bəri ölkə üzrə 'ən yüksək temperatur' olaraq qeydə alındığı bildirildi. Şəhərdə ardıcıl beş gün ərzində 40 dərəcəni keçən yüksək temperaturların hər keçən gün daha erkən saatda baş verdiyi vurğulanan açıqlamada, bu vəziyyətin, təsirini davam etdirən isti hava dalğası səbəbindən istiliyin yığılmasından qaynaqlandığı ifadə edildi.