Pakistanda partlayış: 14 ölü
Pakistanda, Xayber Paxtunxva əyalətindəki polis məntəqəsinin önündə baş verən partlayışda 14 nəfər həyatını itirdi, 24 nəfər yaralandı.

Pakistan mətbuatı, Xayber Paxtunxva'nın Swat bölgəsindəki bir polis məntəqəsinin önündə partlayış baş verdiyini bildirdi. Rəsmilər, məntəqəyə girməyə çalışarkən polislər tərəfindən dayandırılan bir hücumçunun, üzərində daşıdığı partlayıcıları partlatdığını açıqladı. Partlayışda aralarında polis və mülki şəxslərin də olduğu 14 nəfərin həyatını itirdiyini qeyd edən rəsmilər, 24 nəfərin yaralandığını bildirdi. Hücumla bağlı araşdırma başladılıb.