Rusiya Müdafiə Nazirliyi, Qara dənizdə Ukraynaya aid hərbi yük daşıyan 4 gəmini vurduqlarını bildirdi.
Rusiya Müdafiə Nazirliyi, silahlı qüvvələrinin Ukraynadakı fəaliyyətləri ilə bağlı açıqlama verdi. Açıqlamada, Qara dənizdə Ukraynaya aid hərbi yük daşıyan 4 gəminin vurulduğu bildirildi. Rusiya ordusunun, Ukraynanın ordu üçün istifadə olunan nəqliyyat infrastrukturuna yönəlik hücumlarını davam etdirdiyi və hücumlarda pilotsuz uçuş aparatlarının (PUA) istifadə edildiyi qeyd edildi.