İran: ABŞ ilə müzakirə aparmırıq
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi, “ABŞ ilə müzakirə aparmırıq” dedi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında gündəmə dair qiymətləndirmə apardı. Oman ilə aparılan danışıqların Hörmüz Boğazında təhlükəsiz gəmi keçidlərini təmin etmək məqsədilə yeni və müvəqqəti bir marşrut müəyyən etməyə yönəldiyini bildirən Bekayi, “ABŞ ilə müzakirə aparmırıq. ABŞ-ın dəniz blokadası və hücumları davam etdiyi müddətcə Hörmüz Boğazının mövcud vəziyyətində bir dəyişiklik olmayacaq” ifadələrini işlətdi.

Bekayi, mövcud vəziyyətdə vasitəçi ölkənin Pakistan olduğunu, Qətərin isə vasitəçilik işlərinə dəstək verdiyini qeyd edərək, Çinin bölgədə qarşıdurma və etibarsızlığın artmasından narahat olduğunu bildirdi. Bekayi, “Çin vəziyyətin daha da pisləşməməsi üçün səy göstərir” dedi.

Ukraynanın Xəzər dənizində İrana məxsus bir gəmiyə hücumu ilə bağlı da açıqlama verən Bekayi, Ukraynalı rəsmilərin hadisənin qəsdən olmadığını söylədiyini, lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin fərqli istiqamətdə ifadələr işlətdiyini bildirdi. Bekayi, “Ukraynanın, bu hadisənin qəsdən olmadığı yönündəki iddialarını təsdiqləyəcək bir addım atıb-atmayacağını görmək üçün gözləyirik. Bu cür hadisələrin təkrar yaşanmaması üçün zəruri tədbirlər alacağıq” qiymətləndirməsində bulundu.