ABŞ-dan 'Hürmüz Boğazı' açıqlaması
ABŞ Dövlət Katibi Marko Rubio, Hürmüz Boğazı ilə bağlı İranla mümkün razılaşma haqqında, “İrəliləyiş olduğunu, lakin yekunlaşdırılmadığını deyə bilərəm” dedi.

ABŞ Dövlət Katibi Marko Rubio, Paraqvay Vitse-Prezidenti Pedro Alliana ilə iki ölkə arasında mülki nüvə əməkdaşlığı sahəsində əldə olunan razılaşmanın imzalanma mərasimində İranla bağlı açıqlama verdi. Rubio, İranla iki mövzuda razılaşmağa çalışdıqlarını qeyd edərək, bunlardan birinin İranın nüvəsizləşdirilməsi, digərinin isə Hürmüzdən daha çox gəminin keçişinin təmin edilməsi olduğunu bildirdi. Rubio, “Nüvə silahsızlanması mövzusunda uzunmüddətli müzakirələrə doğru irəliləyərkən, qısa müddətdə daha çox gəminin buradan təhlükəsiz keçə bilməsi üçün Oman ilə İran arasında, bizim də daxil olduğumuz bir görüşmə və müzakirə prosesi aparıldığını düşünürəm” ifadələrini işlətdi.

Hürmüz mövzusundakı mümkün razılaşmaya dair isə Rubio, “İrəliləyiş olduğunu, lakin yekunlaşdırılmadığını deyə bilərəm, ümid edirəm ən yaxın zamanda olar” deyə danışdı.