Kiyevin meri Vitaliy Kliçko şəhərin ballistik raket hücumu altında olduğunu bildirdi.
Ukraynanın paytaxtı Kiyevin meri Vitaliy Kliçko sosial media hesabından etdiyi açıqlamada, Rusiya ordusunun Kiyevə ballistik raketlərlə hücum etdiyini bildirdi. Hücumun yerli saatla 01:30 radələrində başladığını qeyd edən Kliçko, şəhərin müxtəlif bölgələrində yanğınların baş verdiyini çatdırdı. Kliçko, Kiyevin iki ayrı məhəlləsində bəzi anbarların zərər gördüyünü vurğulayaraq, “Holosiivskiy məhəlləsində, bir müəssisə binasının vurulması nəticəsində ammonyak sızması baş verdi. Təcili yardım qrupları bölgələrə göndərilir” ifadələrini işlətdi.