İsrail ordusu, Livanın cənubuna PUA hücumları təşkil etdi
İsrail ordusunun Livanın cənubuna iki PUA hücumu təşkil etdiyi bildirildi.

Livan mətbuatı, İsrail ordusunun cənubdakı Yuxarı Nəbatiyyə qəsəbəsinin Rüveys məhəlləsini iki pilotsuz uçuş aparatı (PUA) ilə hədəf aldığını bildirdi. İsrail ordusunun, Sur şəhərinə bağlı Mansuri ilə Məcdəl Zun qəsəbələri arasındakı Meşa bölgəsində və Bint Cubeyl rayonuna bağlı Haddasa qəsəbəsində də partlayışlar həyata keçirdiyi qeyd edildi.