Çin yeni bir internet peyk qrupunu kosmosa göndərdi
Çinin Wenchang Peyk Fırlatma Mərkəzindən yeni bir internet peyk qrupunu orbitə göndərdiyi bildirildi.

Çin dünən ölkənin cənubundakı ada əyaləti Hainandakı Wenchang Peyk Fırlatma Mərkəzindən yeni bir internet peyk qrupunu orbitə göndərdi. Aşağı orbitli internet peyklərindən ibarət 23-cü qrupu daşıyan 'Uzun Yürüyüş-8A' daşıyıcı raketi, dünən Pekin vaxtı ilə 16.52-də fırladıldı. Peyklərin əvvəlcədən müəyyən edilmiş orbitə yerləşdiyi bildirildi.