Trampın qolf sahəsində silahlı şəxs yaxalandı
ABŞ Prezidenti Donald Trampın Kaliforniyadakı qolf sahəsində, üzərində sursat olan bir şəxsin təhlükəsizlik tədbirlərini yoxlayarkən yaxalandığı bildirilib.

ABŞ rəsmiləri Kaliforniyaya bağlı Los-Anceles şəhəri yaxınlığındakı 'Tramp Milli Qolf Sahəsi' adlı məkanda 2 avqustda baş verən hadisə ilə bağlı açıqlama verib. Şübhəlinin cibində 16 gülləli maqazinlə qolf sahəsinə girdiyini bildirən rəsmilər, 38 yaşlı Jeanine John Taele olduğu müəyyən edilən şəxsin burada təhlükəsizlik tədbirlərinin foto və video qeydlərini alarkən yaxalandığını qeyd edib.

Rəsmilər, Taelenin avtomobilində dolu tapança və evində də çox sayda silah, sursat, gülləkeçirməz jilet və 'narahatedici ifadələr' yazılı dəftərlər ələ keçirildiyini açıqlayıb. Taele isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.