İraqda həddindən artıq istilər səbəbindən rəsmi idarələrdə tətil elan edildi
İraqda təsirini davam etdirən həddindən artıq isti hava dalğası səbəbindən rəsmi idarələrdə tətil elan edildi.

İraq mətbuatı, hava istiliklərinin 50 dərəcəni keçməsinin gözlənildiyi xəbərdarlıqlarının ardından Bəsrə, Zi Kar, Meysan, Kərbəla, Qadisiyyə, Babil və Vasit valiliklərinin, bu gün rəsmi qurumlarda işə bir gün ara verilməsi qərarı aldığını bildirdi. Valilik açıqlamalarında, qərarın dövlət işçiləri və vətəndaşların həddindən artıq istilərdən qorunması məqsədilə alındığı qeyd edilərək, sağlamlıq, təhlükəsizlik, elektrik və digər əsas xidmətləri göstərən qurumların tətbiqdən azad tutulacağı bildirildi.