Zelenski: Rusiyanın Kiyev və ətrafına hücumlarında 17 nəfər öldü, 44 nəfər yaralandı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın paytaxt Kiyev və ətrafına təşkil etdiyi raket və pilotsuz uçuş aparatı hücumlarında 17 nəfərin həyatını itirdiyini, 44 nəfərin isə yaralandığını bildirdi.
Checkout
#054893

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev və ətrafına hava hücumları ilə bağlı sosial media hesabında açıqlamalar verdi. Hücumlarda 24 ballistik raket, 4 Zirkon/Oniks raketi və 115 pilotsuz uçuş aparatının (PUA) istifadə edildiyini bildirən Zelenski, 17 nəfərin həyatını itirdiyini, 44 nəfərin isə yaralandığını qeyd etdi. Hücumların əsas hədəfinin mülki müəssisələrə aid anbar obyektləri olduğunu bildirən Zelenski, bir pivə zavodu, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur sistemləri və bir dəmiryolu stansiyasının vurulduğunu, bu hədəflərin müharibə ilə heç bir əlaqəsinin olmadığını vurğuladı.
Ballistik raket əleyhinə sistemlərin həyat qurtara biləcəyinə diqqət çəkən Zelenski, müttəfiq ölkələrə hava müdafiə sistemi tədarükündə gecikilməməsi çağırışında bulundu. Rusiyanın ballistik raket istehsalının böyük bir hissəsinin hələ də sanksiya siyahılarında yer almadığını bildirən Zelenski; G7, Avropa İttifaqı və həyatın qorunmasını dəstəkləyən bütün aktorların Rusiyaya qarşı yeni sanksiya addımları atması lazım olduğunu ifadə etdi.