Konqoda Ebola epidemiyası səbəbindən ölənlərin sayı 1801-ə çatdı
Konqo Demokratik Respublikasında may ayında elan edilən Ebola epidemiyasında ölənlərin sayının 1801-ə çatdığı bildirildi.

Konqo Demokratik Respublikasında (KDR) 15 mayda elan edilən Ebola virusunun səbəb olduğu epidemiyada təsdiqlənmiş yoluxma sayı 3 min 973-ə, ölənlərin sayı isə 1801-ə yüksəldi. KDR Səhiyyə Nazirliyi, epidemiyanın Haut-Uele, Ituri, Şimal Kivu, Cənub Kivu və Tshopo olmaq üzrə 5 vilayətdəki 51 bölgəyə yayıldığını açıqladı. Epidemiya zamanı ölüm nisbətinin 45,3%, təmaslı izləmə nisbətinin isə 75,3% olduğu qeyd edildi.