Taylandın Nonthaburi əyalətindəki məktəbdə təşkil edilən silahlı hücumda 6 nəfərin həyatını itirdiyi, 15 nəfərin yaralandığı bildirildi.
Taylandın paytaxtı Banqkokun şimal-qərbində yerləşən Banq Kruai bölgəsindəki Debsirin Nonthaburi Məktəbində silahlı hücum həyata keçirildi. Polis, hücumda 6 nəfərin həyatını itirdiyini, 15 nəfərin yaralandığını açıqladı. 14 yaşlı hücumçunun məktəbin şagirdi olduğu və ölü tapıldığı bildirildi. Hücumçunun çantasında çoxlu miqdarda sursat ələ keçirildiyi qeyd edildi. Hadisə ilə bağlı araşdırma başladıldı.