İndoneziyadakı bərə qəzasında həyatını itirənlərin sayı 64-ə çatdı
İndoneziyada 13 sentyabrda aşan bərədə həyatını itirənlərin sayı 64-ə çatdı.

 

İndoneziya mətbuatı, Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafilinin 13 sentyabrda aşan bərə ilə bağlı açıqlamasını yayımladı. Syafili, daha 11 nəfərin cəsədinin tapıldığını, bərədəki 108 nəfərin xilas edildiyini, 64 nəfərin cəsədinin tapıldığını və 71 nəfərin itkin olduğunu bildirdi.