İran: ABŞ-a məxsus pilotsuz sualtı aparat ələ keçirildi
İran İnqilab Keşikçiləri Korpusu, Hörmüz Boğazında ABŞ ordusuna məxsus bir pilotsuz sualtı aparatın ələ keçirildiyini bildirdi.

İran İnqilab Keşikçiləri Korpusu tərəfindən verilən açıqlamada, mürəkkəb və koordinasiyalı bir əməliyyatla ABŞ-a məxsus 'REMUS 600' adlı inkişaf etmiş pilotsuz sualtı aparatın ələ keçirildiyi bildirildi. Aparatın İranlı mütəxəssislər tərəfindən incələndiyi və Hörmüz Boğazında təhlükəli hərəkətlərə icazə verilməyəcəyi qeyd edildi.