Taylandda sel: 8 nəfər həyatını itirdi
Taylandda musson yağışlarının səbəb olduğu sel və su basqınları nəticəsində son 10 gündə 8 nəfər həyatını itirib.

Tayland Fəlakətlərin Qarşısının Alınması və Azaldılması İdarəsi (DDPM), ölkə üzrə 25 əyalətdə təsirli olan güclü yağışlardan təxminən 600 min nəfərin təsirləndiyini və son 10 gündə sel səbəbindən 8 nəfərin həyatını itirdiyini açıqladı. 50 rayonunun fəlakət bölgəsi elan edildiyi paytaxt Banqkokda təxminən 52 min evin seldən təsirləndiyi qeyd edilən açıqlamada, təxminən 5 min nəfərin isə sel səbəbindən sığınacaq mərkəzlərinə təxliyə edildiyi bildirildi.