Tramp, İrana sanksiyaların yumşaldılması təklif edildiyi iddialarını təkzib etdi
ABŞ Prezidenti Donald Tramp, Amerika mediasında nüvə güzəştləri qarşılığında İrana sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin sərbəst buraxılması təklif edildiyi yönündəki xəbərləri təkzib edərək, “İrana heç nə təklif etmədim. Bu xəbər yalandır və dərhal geri çəkilməlidir” dedi.

 

ABŞ Prezidenti Donald Tramp, sosial media hesabından etdiyi açıqlamada, ABŞ rəhbərliyinin nüvə güzəştləri qarşılığında Tehrana qarşı sanksiyaları yumşaltmağı və dondurulmuş İran fondlarına çıxış təmin etməyi təklif etdiyinə dair Amerika mediasında çıxan xəbərləri rədd etdi. Xəbərlərin həqiqəti əks etdirmədiyini bildirən Tramp, paylaşımında, “ABŞ mediasında 'Trampın İrana sanksiyaların yumşaldılması və dondurulmuş fondlar təklif etdiyi' barədə bir xəbər yayımlandı. Bu doğru deyil. Onlara heç nə təklif etmədim! Bu xəbər, digərləri kimi, yalandır. Bu əsassız xəbəri dərhal geri çəkməlidirlər” ifadələrini işlətdi.