Tramp: Cənubi Koreya ABŞ-da 200 milyard dollarlıq enerji yatırımı edəcək
ABŞ Prezidenti Donald Tramp, "Cənubi Koreya, ABŞ-dakı böyük enerji layihələrinə 200 milyard dollara qədər yatırım etməyi planlaşdırır" dedi.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə etdiyi açıqlamada, Cənubi Koreyanın ABŞ-a 200 milyard dollara qədər yatırım edəcəyini bildirdi. Yatırımlar çərçivəsində Texasda 6 gigavatlıq elektrik istehsal müəssisəsi, 8 yeni böyük miqyaslı nüvə stansiyası və Alyaskada LNG boru xəttinin inşa ediləcəyini bildirən Tramp, "Amerika tarixindəki ən böyük enerji infrastrukturu yatırımlarından birini elan etməkdən böyük məmnuniyyət duyuruq. Bu yatırım paketi ABŞ-ın kritik enerji təchizat zəncirini təmin etmək, ölkənin enerji sahəsindəki hakimiyyətini möhkəmləndirmək və Cənubi Koreya ilə bütün Sakit okean bölgəsi ilə tərəfdaşlığını hər zamankindən daha güclü etmək yolunda böyük bir addımdır" ifadələrini işlətdi.

Tramp, Cənubi Koreyanın edilən ticarət anlaşması çərçivəsində yüz milyardlarla dollar yatırım etməsi lazım olduğunu vurğulayaraq, bunun qarşılığında ölkəyə tətbiq olunan tarif nisbətini azaltdığını bildirdi. Texasda inşa ediləcək təbii qaz stansiyasının 'dünyada indiyə qədər inşa edilmiş ən böyük stansiyalardan biri olacağını' irəli sürən Tramp, "Ölkə daxilində inşa ediləcək 8 yeni nüvə reaktoru da ABŞ-ın 'dünyanın öncül nüvə enerji istehsalçısı' mövqeyini möhkəmləndirəcək" dedi.