Birləşmiş Millətlər Təşkilatı (BMT), Pakistanın Əfqanıstana hava hücumlarında 10 mülki şəxsin həlak olduğunu, 9 nəfərin yaralandığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası (UNAMA), Pakistanın dünən gecə saatlarında Əfqanıstanın Kunar və Helmand vilayətlərinə təşkil etdiyi hava hücumlarına dair açıqlama verib. Açıqlamada, hücumlarda əksəriyyəti uşaq olmaqla 10 mülki şəxsin həlak olduğu və 9 nəfərin yaralandığı bildirilib.