Bugünkü hərracda tələb 80,8 milyon dollar təşkil edib

Oktyabrın 24-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 80,8 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.