COP zonalarının təchizatında ekoloji təmiz və dayanıqlı enerji ehtiyacları 100 faiz təmin olunub.
Trend xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə memorandum imzalanma mərasimində bildirib.
“COP zonalarının (mavi və yaşıl) təchizatında ekoloji təmiz və dayanıqlı enerji ehtiyaclarını 100 faiz təmin etdik. COP zonalarının əsas hissəsi davamlı inkişaf ideyalarına və uzunmüddətli planlara həsr olunub. Buna baxmayaraq, bütün aspektlər əvvəlcədən yoxlanılmalı və əsaslandırılmalıdır. Biz başa düşürük ki, fiziki infrastruktur dayanıqlığı təmin etmək və uzunmüddətli istifadəyə uyğun olmaq üçün uyğunlaşdırılmalıdır”, - o bildirib.
A. Nəcəf qeyd edib ki, stadionun quruluşu daimi istifadəyə uyğunlaşdırılıb və burada bütün enerji mənbələri ekoloji həllərə və hibrid təchizat modellərinə yönəldilib.