AMB: Bu il cari əməliyyatlar balansının profisiti 5,3 milyard dollar olacaq

Yenilənmiş proqnozlara görə cari əməliyyatlar balansında profisitin bu ilin sonuna 5,3 milyard dollar olacağı gözlənilir.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə,cari əməliyyatlar balansında profisitin 2025-ci ilə isə 5,5 milyard ABŞ dolları olacağı gözlənilir.

tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında bu ilin 9 ayında 5,2 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.