ABA: Bu ilin 9 ayında nağdsız ödənişlərin həcmi 80,7 milyard manata çatıb

Bu ilin ilk 9 ayında ölkə daxilində kartlarla həyata keçirilən nağdsız ödənişlərin həcmi 80,7 milyard manata çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “X Beynəlxalq Bankçılıq Forumu 2026”da çıxışı zamanı deyib.

O bildirib ki, kart əməliyyatlarının ümumi həcmində nağdsız ödənişlərin payı 70 faiz təşkil edir: “Bu ilin ilk 9 ayı ərzində Milli Ödəniş Sistemi vasitəsilə apardığımız əməliyyatların həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 862,7 milyarda özünün — bu da tarixi bir yüksək həddinə çatıb”.