"Nvidia" şirkətinin baş direktoru vəzifəsinə qaytarılmasından sonra Censen Huanın sərvəti bir gün ərzində təxminən 34 milyard dollar artıb.
Bu barədə “Forbes” jurnalı yazır.
Noyabrın 23-də, bazar ertəsi günü keçirilən hərracların yekunlarına əsasən, nəşr sahibkarın sərvətini 144 milyard dollar qiymətləndirib. Bu, bazar açılmazdan əvvəlki göstəricidən 33,9 milyard dollar çoxdur. Beləliklə, sərvətin artımı faiz ifadəsində təxminən 30 faiz təşkil edib. Buna Huanın vəzifəsinə qayıtması ilə bağlı xəbərlər fonunda "Nvidia" səhmlərinin qiymətində baş verən kəskin artım səbəb olub.
İş adamı ətrafında baş verən qalmaqal onun sərvətinin kəskin azalmasına səbəb olub. Nəticədə o, “Forbes”un dünyanın ən varlı insanlarının reytinqində ilk onluqdan kənarda qalaraq 18-ci pilləyə enib. Hazırda sahibkar reytinqdə 13-cü yerdə qərarlaşıb.