ABŞ sanksiyalarından sonra İranda dolların sərbəst bazardakı satış məzənnəsi ən yüksək səviyyəyəyə qalxaraq 284 min tümənə çatıb.
AZƏRTAC “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla da tümən sərbəst bazarda dollar qarşısında tarixi minimum səviyyəsinə enib.
Milli valyutanın belə kəskin dəyər itirməsi ABŞ-nin ağır sanksiyaları ilə mübarizə aparan İranda inflyasiyanın da yüksək səviyyədə olduğu dövrə təsadüf edib.
Rəsmi statistikaya əsasən, ölkədə illik inflyasiya 61,4 faizə çatdığı halda, ərzaq məhsullarının qiymətində bu rəqəm 128,1 faiz civarındadır.