Yeni enerji növlərinə keçid zamanı mühüm aspekt istismar olunmuş neft-qaz yataqlarından geotermal enerji üçün istifadədir.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransının 3-cü günündə "Neft-qaz sektorunda ədalətli keçidin təmin olunması" adlı panel müzakirədə deyib.
"Yeni enerji növlərinə keçid zamanı mühüm aspekt istismar olunmuş neft-qaz yataqlarının geotermal enerji üçün istifadəsidir. Eyni zamanda, hidrogen istehsalı da diqqət mərkəzindədir. Əvvəllər hidrogen təbii qazdan istehsal olunurdu və əsasən, neft emalı zavodlarında dizel yanacağının və benzinin təmizlənməsi üçün istifadə edilirdi. Bu, effektivliyinə baxmayaraq, müasir şəraitdə "yaşıl" - bərpa olunan enerji mənbələrindən istehsal olunan hidrogenlə əvəzlənməlidir", - o vurğulayıb.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.