Çinin şimalındakı Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı ən azı 82 nəfərə yüksəlib, 9 nəfərin isə hələ də itkin düşdüyü bildirilir.
Trend bu bu barədə Çin mediasına istinadla xəbər verir.
Məlumata görə, qaz partlayışı dünən gecə Sinyuan rayonunda yerləşən Liuşenyu kömür mədənində baş verib. Hadisə zamanı yeraltında 247 işçi növbədə olub.
Çin Xalq Respublikasının sədri Si Cinpin səlahiyyətli qurumları yaralıların müalicəsi və axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün bütün lazımı addımları atmağa çağırıb, həmçinin hadisənin səbəbinin hərtərəfli araşdırılmasını və qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyətin təmin edilməsini tapşırıb.
xxx
09:28
Çinin Şansi əyalətində kömür mədənində baş verən partlayışda ölənlərin sayı 50 nəfəri ötüb.
Trend xəbər verir ki, bu haqda “Xinhua” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, insidentdə görə, məsul şəxslər polis nəzarətinə götürülüb, sahədə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Təfərrüatlar barədə məlumat verilmir.