Xəzərdə Qazaxıstan hərbçilərinin axtarışı başa çatdırılıb - Son 2 meyit də aşkarlandı

Xəzər dənizində axtarış əməliyyatı başa çatıb, həlak olan 14 qazaxıstanlı hərbçinin hamısının meyiti tapılıb

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

“Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi Xəzər dənizinin akvatoriyasında axtarış əməliyyatının başa çatdığını bildirir. Bu gün, sentyabrın 25-də, saat 09:15 radələrində asiləsiz axtarış-xilasetmə işləri zamanı daha əvvəl itkin düşmüş iki hərbçinin – serjant Mansur Qumarovun və matros Miras Turdıbekulının meyitləri aşkar edilib”, – deyə məlumatda bildirilir.

Sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı hava şəraitinin pisləşməsi və küləyin güclənməsi səbəbindən 17 hərbçi dənizə sürüklənib. Onlardan 12-si həlak olub, üç nəfəri xilas etmək mümkün olub. Daha iki hərbçinin axtarışları davam etdirilir.