Hətta Avropa ölkələrinin indiki vətəndaşlarının nəvələri də Ukrayna münaqişəsinin fəsadlarının yükünü daşımalı olacaqlar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban rəsmi "X" səhifəsində yazıb.
“Avropa (İttifaqı) Şurasının iclası yaxınlaşdıqca, Brüssel bürokratlarının bizi zorla Ukraynanın iki illik hərbi xərclərini maliyyələşdirməyə məcbur etməyə çalışacaqları bir qərar formalaşmağa başlayır. Bu isə o anlama gəlir ki, Rusiya–Ukrayna münaqişəsinin tez bir zamanda başa çatması üçün olan şansı birdəfəlik itirəcəyik”,-Orban qeyd edib.
O, Avropanın eskalasiya istiqamətində irəlilədiyini vurğulayıb: “Bir şeyi qətiyyətlə demək olar: bu müharibənin fəsadları hətta nəvələrimizə də yük olacaq”.