Ötən il Antalya Diplomatik Forumunun gündəliyində Qəzza hadisələri və onların qlobal təsirləri əsas müzakirə mövzuları olduğu halda, bu il müzakirələrə regional gərginliyi artıran amillərdən biri kimi İranla bağlı müharibə də daxil edilib.
Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, baş verən proseslər fonunda bəşəriyyət müharibənin heç bir qazananı olmadığını ağır nəticələrlə bir daha təcrübə edib.
H.Fidan bildirib ki, həm region ölkələri, həm də digər tərəflər bu vəziyyətdən ciddi nəticələr çıxarmalıdır.
Nazir vurğulayıb ki, əsas gözlənti davam edən qarşıdurmaların dayandırılması, atəşkəsə nail olunması və mövcud prosesin davamlı, dayanıqlı sülhə çevrilməsidir.