İran maliyyə baxımından çökür.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkə səhisəfində yazıb.
“Onlar Hörmüz boğazının dərhal açılmasını istəyirlər – nağd pul axını üçün acıyıblar. Günə 5000 milyon dollar itirirlər”, o əlavə edib.
Trampın sözlərinə görə, yaranmış şəraitdə İran hakimiyyəti dövlət sektorunda çalışanların əmək haqqlarını vaxtlı-vaxtında verməkdə çətinlik çəkir.
“Hərbçilər və polis maaşlarının verilməməsindən gileylənirlər. SOS”, - Tramp yazıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.
21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.