Ölkə ərazisində bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Qərb küləyi bəzi yerlərdə arabir güclü olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 24-ü saat 11:00-a olan məlumatında bildirilib.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 1-6 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.