İranda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb

İranın Kəhnuc şəhərində hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb

Trend xəbər verir ki, hərbçilərdən biri avtomobilin aşması nəticəsində ölüb, digər 3 nəfər isə ağır yaralanıb.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.