İsrailin şimal Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində ən azı 7 fələstinli həyatını itirib.
Trend-in məlumatına görə, Qətərin "Əl-Cəzirə" telekanalı xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri blokada altında olan Qəzza zolağının şimalındakı Beyt Lahiya kəndində yaşayış binalarını hədəf alaraq ardıcıl hücumlar təşkil edib.
Bundan əlavə, anklavın şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində də intensiv tank hücumları və artilleriya atəşi qeydə alınıb.