Rusiya Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır

Moskva Rusiyanın Poznandakı Baş konsulluğunun bağlanmasına cavab olaraq 2025-ci il yanvarın 10-dan Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi dekabrın 5-də Polşa tərəfinə nota verib.

Moskva Polşanın Sankt-Peterburqdakı Baş konsulluğunun üç diplomatik əməkdaşına da persona non-qrata elan edib və onlar gələn il yanvarın 10-dək Rusiya ərazisini tərk etməlidirlər.