İraq, Suriya və İran XİN başçıları arasında üçtərəfli görüş olacaq

İraqın xarici işlər naziri Fuad Hüseyn, Suriyanın xarici siyasət idarəsinin rəhbəri Bassam Sabbagh və İranın xarici işlər naziri Abbas Araqçi dekabrın 6-da Bağdadda görüşəcəklər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Görüşdə Suriyadakı durumun müzakirə olunacağı gözlənilir.

İraq KİV-in məlumatına görə, Suriya XİN başçısı artıq Bağdaddadır. Qeyd edilir ki, iranlı nazir isə bu gün İraqa gedəcək.