Əl-Cəzirə: Suriya müxalifəti hökuməti formalaşdırmağı Məhəmməd əl-Bəşirə həvalə edəcək

Dəməşqdə hakimiyyətə gələn silahlı müxalifət keçid hökumətini formalaşdırmağı suriyalı siyasətçi Məhəmməd əl-Bəşirə həvalə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bundan əvvəl Fransanın “Le Figaro” qəzeti öz mənbələrinə istinadla xəbər vermişdi ki, Suriyanın sabiq Baş naziri Riyad Hicab keçid dövründə Suriya hökumətinin rəhbəri olacaq.