Los-Ancelesdə 150 min insana təxliyə əmri verilib

Los-Ancelesdə baş verən yanğınlarla əlaqədar bölgədə yaşayan 150 min sakinə təxliyə əmri verilib.

AZƏRTAC-ın məlumatına görə, yanğınlar nəticəsində 10 mindən çox mülk zərər görüb və bu rəqəmin yaxın günlərdə daha da artacağı gözlənilir. Los-Anceles vilayətinin şerifi Robert Lunanın sözlərinə əsasən, 57 min 830 infrastruktur yanmaq riski altındadır.

Ümumilikdə meşə yanğınları nəticəsində 145 kvadratkilometr ərazi yanıb. Bu 1,6 milyon nyu-yorklunun yaşadığı Manhetten bölgəsindən 2,5 dəfə böyükdür.