Hindistanın şimalında yerləşən Prayaqrac əyalətində keçirilən “Kumb Mela” dini festivalında düşən basırıqda azı 15 nəfər həlak olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yüz minlərlə insanın iştirak etdiyi festivalda ölü sayının artacağı istisna edilmir.
"Kumbh Mela" hindistanlıların ən kütləvi dini mərasimlərindən sayılır. Hər 12 ildən bir milyonlarla zəvvar Hindistanın müqəddəs sayılan 4 müxtəlif çayına toplaşır və günahlardan təmizlənmək və xeyir-dua almaq ümidi ilə suya baş vurur.