Fransa İran aviaşirkətinin Parisə planlaşdırdığı uçuşunu ləğv edib

Fransa heç bir izahat vermədən İranın “AirTour” aviaşirkətinin təyyarəsinin yanvarın 31-də Parisə uçması üçün icazəni ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, uçuşların ləğvi ilə bağlı aviaşirkətin direktoru Seyid Razi Musəvi açıqlama verib.