HƏMAS azad etdiyi daha 3 nəfəri Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib (ƏLAVƏ OLUNUB)

Qəzzada HƏMAS döyüşçüləri biri rusiyalı olmaqla 3 əsiri azad edərək, Beynəlxalq Qırmızı Xaç komitəsinin əməkdaşlarına təhvil verib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, əsirlərin azad edilməsi Dohada əldə olunmuş Qəzza atəşkəs razılaşması çərçivəsində baş tutub.

Qeyd edək ki, İsrail ordusu Həmasın Qəzzada 3 əsiri azad edərək, Qırmızı Xaç komitəsinə təhvil verildiyini təsdiqləyib.

xxx

 

12:02

HƏMAS-la İsrail hökuməti arasında razılaşdırılmış atəşkəs sazişi çərçivəsində bu gün tərəflər arasında növbəti əsir mübadiləsinin baş tutacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, HƏMAS döyüşçüləri 3 əsiri – Aleksandr Trufanov, Saquy Dekel-Çen və Yair Hornu azad edərək, beynəlxalq vasitəçilərə təqdim edəcək. İsrail tərəfi isə əvəzində ölkənin həbsxanalarında saxlanılan 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

Bundan başqa, HƏMAS tərəfi Qəzzada atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin ikinci mərhələsinin başlaması üzrə İsrail tərəfi ilə gələn həftədən etibarən vasitəli danışıqların başlayacağını bəyan edib.