Misirdə fironun qəbri aşkarlanıb

Misirşünas tədqiqatçılar Misirin Lüksor şəhəri yaxınlığında yerləşən Zeban nekropolisinin Qərb Vadisində firon qəbri aşkarlayıb. Bu, təxminən bir əsr əvvəl aşkar olunmuş Tutanhamonun məzarından bəri tapılmış ilk firon qəbri sayılır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya və Misirdən olan birgə tədqiqat qrupunun aşkarladığı məzarın Kral II Tutmosa aid olduğu bəlli olub.

Tədqiqatçılar məzar otaqlarının 2 kilometr uzaqda, Krallar vadisi adlanan ərazidə yerləşdiyini güman edirdi. Lakin onlar onu Qərb Vadisində firon ailəsinə aid qadınların istirahəti üçün nəzərdə tutulmuş otağa bitişik şəkildə aşkarlayıblar: tavanın maviyə boyanmasından və qızılı ulduz rəsmlərinin olmasından onlar bunun fironun məzarı olduğunu qət ediblər.

Qeyd edək ki, II Tutmosun qalıqları hələ 2 əsr əvvəl tapılsa da, onun orijinal dəfn yeri bu vaxta qədər aşkarlanmamışdı.