Əgər ölkə rəhbərliyi büdcə kəsiri ilə bağlı problemi həll edə bilməsə, ABŞ iflasla üzləşəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask “Fox News”a verdiyi müsahibəsində deyib.
"Kəsiri həll etməsək, nə səhiyyə, nə də sosial təminat üçün pul var. Bu, həll edilməlidir. Əgər bunu etməsək, Amerika müflis olacaq", - deyə Mask bildirib.