Avropa İttifaqının Xarici İşlər Nazirləri Rusiyaya qarşı sayca 16-cı sanksiyalar paketini təsdiqləyib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi saytında bəyanat yayılıb.
Məlumata görə, sanksiyalar aşağıdakılardır:
Sanksiyalar paketinə ümumilikdə 48 fiziki və 35 hüquqi şəxs daxil edilib.
Sanksiyalar siyahısına Rusiyadan və Ukrayna münaqişəsində Rusiyaya yardım göstərmək iddiası ilə Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistandan olan 53 şirkət daxil edilib.
Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia olunan 74 dəniz gəmisinə qarşı məhdudiyyətlər tətbiq olunub.
Avropada səkkiz Rusiya KİV, o cümlədən “Eurasia Daily”, “News Front”, “SouthFront”, “RuBaltic.ru”, “Lenta.ru”, "Zvezda" telekanalı, “Fondsk” və “Strateji mədəniyyət fondu” media qurumunun yayımı dayandırılıb.
13 Rusiya Bankı SWIFT sistemindən çıxarılıb.
Maliyyə təşkilatları üçün Rusiya Mərkəzi Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sistemindən istifadə edən tranzaksiyalara qadağa tətbiq edilib.
Aİ neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər qoyub.
Avropa biznesinə bəzi Rusiya limanları və hava limanları ilə sövdələşmələr aparması qadağan edilib
İlkin alüminiumun idxalına qadağa qoyulub. Sanksiyalar həmçinin "kimyəvi maddələr, bəzi plastik və kauçuk növləri"ni əhatə edir. Məhdudiyyətlər xrom birləşmələri və iğtişaşların yatırılması, eləcə də PUA-ların idarə olunması üçün istifadə edilən xlorpikrin kimyəvi prekursorlarının tədarükünə də şamil olunub.
Oyun konsollarının ixracı qadağan edilib.
Avropa şirkətlərinə təyyarə və aviasiya texnologiyalarının ixracı qadağan olunub.
Neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edilir.