Milli Gimnastika Arenasında gimnastika yarışları davam edir

Milli Gimnastika Arenasında “Kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə 9-cu Bakı çempionatı və ölkə birinciliyi” davam edir.

Trend xəbər verir ki, 2 gün davam edən yarışda həm qadın, həm də kişi idmançılar balacalar (2018-2017), kiçiklər (2016-2015), uşaqlar (2014-2013), yeniyetmələr (2012-2011), gənclər (2010-2009-2008) və böyüklər (2007 və daha böyüklər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.