Tramp Konqresdəki çıxışında Zelenskidən məktub aldığını təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Konqresdəki çıxışında ukraynalı həmkarı Volodimir Zelenskidən məktub aldığını deyib.

AZƏRTAC “The Hill”ə istinadla xəbər verir ki, Donald Tramp Konqresə müraciətində Vaşinqton ilə Kiyev arasında münasibətlərin normallaşdırılması səyləri fonunda Ukrayna Prezidenti Vladimir Zelenskidən məktub aldığını açıqlayıb.

“Məktubda deyilir ki, Ukrayna davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Bu məktubu göndərdiyi üçün ona minnətdaram. Mən bunu indicə aldım”, - deyən Donald Tramp məktubu “vacib” adlandırıb.

Donald Tramp bazar ertəsi günü uğursuz görüşdən sonra ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırıb.

ABŞ Prezidenti Zelenskini sülhə hazır olmamaqda günahlandırıb, onun administrasiyasının rəsmiləri isə danışıqlardan sonra ABŞ və Ukrayna arasında nadir torpaq Sazişinin müzakirə edilmədiyini bildirib.

Zelenski Trampdan rəsmi şəkildə üzr istəməyib, amma çərşənbə axşamı Ağ evdəki görüşünü “təəssüf doğuran hadisə” adlandırıb və Ukraynanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib.